Bakının giriş-çıxışa nəzarət daha da gücləndirilib, karantin rejimini pozan 100 manat cərimə edilir
Ölkəmizdə koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə kompleks tədbirlər həyata keçirilir. Vətəndaşlardan bu infeksiyadan həm özlərini, həm də yaxınlarını qorumaq üçün mütləq qaydada xüsusi karantin qaydalarına əməl etmək tələb olunur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, bu məqsədlə Sumqayıt şəhəri və Abşeron rayonunda yerləşən stasionar postlarda Bakıya giriş-çıxışa nəzarət daha da gücləndirilib. Bu postlarda sürücülər və nəqliyyat vasitələrində olan sərnişinlər ciddi yoxlamalardan keçirilir. Səbəbsiz yerə yaşayış məkanlarını tərk edən sürücü və sərnişinlər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə 100 manat məbləğində cərimə edilirlər. Polisin qanuni tələblərinə tabe olmayanlar və eyni əməli təkrar törədənlər barəsində daha ciddi intizam tədbiri görülür, həmin şəxslər saxlanılaraq məhkəmələrin qərarı ilə həbs olunurlar.
Həmçinin Bakıya girişə nəzarətin gücləndirilməsi məqsədilə Binəqədi rayon Dövlət Yol Polis Şöbəsi tərəfindən Novxanı qəsəbəsində əlavə polis postu yaradılıb. Bu postda Sumqayıt şəhərindən paytaxta və əksinə hərəkət edən vətəndaşlara məhdudiyyətlər qoyulur. Mövcud vəziyyət nəzərə alınaraq vətəndaşlar arasında səhhətində nasazlıq hiss edənlər üçün postun ərazisində ehtiyat tədbirlər çərçivəsində xüsusi otaqlar da qurulub. Həmçinin postda xidmət aparan polis və Daxili Qoşunların hərbi qulluqçularının normal qidalanması və istirahət etməsi üçün də yerlər müəyyən edilib.
Qeyd edək ki, koronavirus təhlükəsinin yayılmasına qarşı görülən qabaqlayıcı tədbirlər daha da sərtləşdirilib. Qoyulan qaydalara əməl etməyən vətəndaşlara qarşı ciddi cəza tədbirləri həyata keçirilir.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb