Karantin səbəbindən iki ölkə arasında hava və dəmir yolu nəqliyyatı bağlı olduğu üçün xalq artisti Canəli Əkbərov iki gün əvvəl Rusiyada qəzada dünyasını dəyişən qardaşının nəşini Azərbaycana gətirə bilmir.
YeniAvropa xəbər verir ki, bu barədə xalq artisti KİV-ə müsahibəsində deyib.
Muğam ustası bildirib ki, qardaşı Fərail Əkbərov avtomobil qəzasında dünyasını dəyişib. Arxadan gələn başqa bir avtomobil ona çırpılıb.
Fərail Əkbərov Sankt- Peterburq şəhərində yaşayıb və onun ailəsi , biznesi orda qalıb.
Xalq artisti mərhumun nəşinin Azərbaycana gətirməsi üçün yollar axtardığını deyib.