Respublikanın daxili işlər orqanları ötən gün törədilmiş 12 cinayətin üstünü "isti izlər"lə açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 6 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 1 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş 2 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.