Azərbaycan ilə Gürcüstan arasında sərhəddə yeni qaydalar tətbiq olunur.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, martın 23-dən etibarən iki ölkə arasında gediş-gəliş yalnız “Qırmızı körpü” (“Sınıq körpü”) sərhəd-keçid məntəqəsi vasitəsilə mümkün olacaq. Məntəqə saat 10:00-dan 18:00-dək işləyəcək.
İki ölkə arasında tranzit yükdaşımalar bütün sərhəd-keçid məntəqələri vasitəsilə 24 saat ərzində həyata keçiriləcək.
Qeyd edək ki, martın 14-dən etibarən Gürcüstan ilə Azərbaycan arasında vətəndaşların gediş-gəlişi 10 gün müddətinə dayandırılıb.
Martın 18-dən isə Gürcüstan öz vətəndaşları istisna olmaqla, əcnəbiləri ölkə ərazisinə buraxmır.