Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Oğuz rayonunun Mollalı kəndi ərazisində yanğının baş verməsi barədə məlumat daxil olub.
FHN-dən YeniAvropa-ya bildiriblər ki, yanğının söndürülməsi işlərinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları cəlb ediliblər.
İlkin məlumata əsasən, mürəkkəb relyefli dağlıq ərazidə 3 hektar sahədə quru ot və kol-kos yanır.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.