logo

Novruz yarmarkaları keçiriləcək

12:11 12-03-2020 | icon 2296
Novruz yarmarkaları keçiriləcək

Novruz bayramı ilə əlaqədar Bakı və Xırdalan şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədilə martın 14-dən 19-dək Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub.

YeniAvropa xəbər verir ki, bu barədə “Aqrar Tədarük və Təchizat” ASC-nin mətbuat katibi Mayis Musayev bildirib.Onun sözlərinə görə, yarmarkalar aşağıdakı ünvanlarında təşkil olunacaq:

• Yasamal rayonu, Hüseyn Cavid pr. ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsi. 225 saylı orta məktəbin qarşısı. ( Space TV-nin yanı)

• Binəqədi rayonu, Süleyman Sani Axundov 5B (İnqilab kinoteatrının yanı)

• Nərimanov rayonu, Gənclik metrosunun yanı

• Xırdalan şəhəri, Heydər Əliyev prospekti 41A

• Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev ilə Etibar Bəkirli küçələrinin kəsişməsi (Neftçilər parkının yanı)

Qeyd edək ki, yarmarkalara 200-ə yaxın fermer tərəfindən müxtəlif kənd təsərrüfatı məhsulları çıxarılacaq. Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunacaq və onlar satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin ediləcək.