"Lider TV"nin yayımı bərpa olunub, telekanal fəaliyyətini əvvəlki qaydada davam etdirir.
YeniAvropa xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Asəf Hacıyev jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, yayımın dayanmasına daxili texniki problemlər səbəb olub.
Öz növbəsində MTRŞ-ın sədri Nuşirəvan Məhərrəmli bildirib ki, telekanalın yayımının dayandırılması barədə qurum tərəfindən hər hansı qərar qəbul edilməyib. O, qeyd etmişdi ki, bu, "LiderTV" ilə "Teleradio" İstehsalat Birliyi arasında olan texniki məsələdir. Telekanalın dövlət qurumu olan İB-yə maliyyə borcu var. Tərəflər bu məsələni öz aralarında həll edəcəklər.
Qeyd edək ki, martın 10-da saat 22:01-də efirə gedən “Gecənin sehri” verilişi başlayandan sonra Lider TV-nin yayımı kəsilib.
Xatırladaq ki, "LiderTV" 2000-ci ildən fəaliyyət göstərir.