Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün törədilmiş 23 cinayətin üstü "isti izlər"lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 8 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.