Paytaxtın Nizami rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, Heydər Əliyev prospektində Bakı şəhər sakini H.Əlizadə idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Abşeron rayon sakini Y.Manafovu vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisə ilə bağlı Nizami rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.