logo

Hacıqabulda zəlzələ olub

18:20 02-03-2020 | icon 2163
Hacıqabulda zəlzələ olub

Martın 2-də Əli-Bayramlı seysmoloji stansiyasından 34 kilometr şimal-qərbdə Hacıqabulda maqnitudası 3.2 olan zəlzələ olub.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Qeyd edilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:33-də qeydə alınıb.

Ocağı 3 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.