Bakıdan Ankaraya yerli vaxtla 10:35-də yola düşən “Azərbaycan Hava Yolları”nın (AZAL) “J2-003” nömrəli reysinin kapitanı texniki səbəblərə görə Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıtmaq qərarı verib.
YeniAvropa xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları”ndan bildirilib.
Qeyd edilib ki, təyyarə Bakı vaxtı ilə 11:05-də paytaxt hava limanına uğurlu eniş edib. İlkin məlumata görə, reys saat 12:30-dək qədər gecikir.