Səfir:Koronavirusun yayıldığı ölkələrdən zəvvarların Səudiyyə Ərəbistanına gəlişi dayandırılıb
Səudiyyə Ərəbistanının səhiyyə orqanları dünyanın bir çox ölkəsində yayılmış yeni koronavirusla (COVID-19) bağlı vəziyyəti yaxından izləyir.
YeniAvropa xəbər verir ki, bu barədə Krallığın Azərbaycandakı səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr jurnalistlərə müsahibəsində deyib. Onun sözlərinə görə, Xarici İşlər Nazirliyinin koronavirusun yayıldığı ölkələrdən zəvvarların Krallığa girişini müvəqqəti dayandırıb.
Səfir qeyd edib ki, ölkəsi virusun yayılmasının qarşısını almaq və virusla mübarizə aparmaq üçün beynəlxalq təşkilatların, xüsusilə Dünya Səhiyyə Təşkilatının səylərini dəstəkləyir və səhiyyə təşkilatlarının tövsiyələrinə uyğun olaraq bir sıra qabaqlayıcı tədbirlər həyata keçirir.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd edilir ki, koronavirusun yayıldığı ölkələrin vətəndaşlarının Ümrə və Peyğəmbərin Mədinədəki məscidini ziyarəti üçün, eləcə də koronavirusun təhlükəli şəkildə yayıldığı ölkələrdən Səudiyyə Ərəbistanına turist vizası ilə səfər müvəqqəti olaraq dayandırılıb. Hökumət bu addımı ölkə ərazisində təhlükəli virusun yayılmasının qarşısını almaq məqsədilə atıb. Səfir deyib ki, ölkəsi zəvvarların və adi müsafirlərin sağlamlığının qorunması, virusun daha geniş məkanlara yayılmasının qarşısını almaq üçün məsuliyyətini hiss edir. Səudiyyə Ərəbistanının bu qərarı İslam dünyasının mühüm dini təhsil mərkəzlərindən biri olan əl-Əzhər əş-Şərif tərəfindən də dəstəklənib və şəriət nöqteyi-nəzərindən düzgün olduğu bildirilib.
Qeyd edək ki, Yaxın Şərq regionunda da COVID-19 virusuna yoluxanların sayının artması nəticəsində Səudiyyə Ərəbistanı ərazisində, xüsusən aeroportlarda nəzarət tədbirləri gücləndirilib.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb