Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini Z.Novruzov ötən il oktyabrın 9-da A.Manafov küçəsində iki nəfərin onu bıçaqla hədələyib mobil telefonunu aldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş K.Əhmədov və Qazax rayon sakini İ.Məhəmmədov əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.