logo

Bu il Həcc ziyarətinin qiyməti 340 dollar bahalaşıb

14:49 17-02-2020 | icon 2177
Bu il Həcc ziyarətinin qiyməti 340 dollar bahalaşıb

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər təqribən 4500 dollar ödəməli olacaqlar. 

 YeniAvropa xəbər verir  ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib.Qeyd edilib ki, Həcc ziyarətinə getmək istəyən dindarların sayı artıq 100 nəfəri keçib.

Bildirilib ki, ziyarətə getmək üçün müraciətlərin qəbuluna yanvarın 24-dən başlanılıb  və bu proses mayın sonunadək davam edəcək. 

Xatırladaq ki, Məkkə ziyarəti iyulun 20-də başlayacaq və avqustun 15-də sona catacaq. Bu il Azərbaycan üçün  1500 nəfərlik kvota ayrılıb. Bir nəfər üçün Həcc ziyarətinini qiyməti isə 4490 dollar təşkil edəcək.

Qeyd edək ki, ötən il Azərbaycandan Həcc ziyarətinə 1440 nəfərlik yer ayrılmışdı. Bir nəfər üçün ziyarətin qiyməti 4150 dollar təşkil etmişdi. Zəvvarlar avqustun 1-dən 6-a qədər gediş, avqustun 21-dən 25-ə qədər isə Azərbaycana dönüş ediblər. Zəvvarlar üçün "AZAL" milli aviaşirkətinin 6 təyyarəsi ayrılmışdı.