Fevralın 15-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin cəbhə xəttində atəşkəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan Milli Ordusunun giziri Seymur Ələsgərov dəfn edilib.
YeniAvropa xəbər verir ki, S.Ələsgərov Gəncə şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin yaxınları, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı, hərbçilər, idarə rəhbərləri, polis və prokurorluq orqanlarının əməkdaşları, şəhər sakinləri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Bayrağı şəhidin qardaşı Samir Ələsgərova təqdim edilib.
Yaylım atəşindən sonra şəhidin nəşi torpağa tapşırılıb.
Qeyd edək ki, şəhid S.Ələsgərov ailəli idi, onun 9 aylıq oğlu var.