Fevralın 16-da Lənkaran stansiyasından 11 km qərbdə Lerik rayonunda maqnitudası 3,5 olan zəlzələ baş verib.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.Qeyd edilib ki, yeraltı təkanlar yerli vaxtla saat 21:51-də qeydə alınıb.
Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunub.