Gəncə şəhərində ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini pozması nəticəsində şəhid olmuş Azərbaycan Milli Ordusunun giziri, Seymur Ələsgərovun vida mərasimi keçirilir.
YeniAvropa xəbər verir ki, vida mərasimində şəhidin yaxınları, komandirləri, döyüş yoldaşları, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri, idarə rəhbərləri, polis və prokurorluq orqanlarının əməkdaşları, həmçinin şəhər sakinləri iştirak edir.
Qeyd edək ki,1990-cı il təvəllüdlü şəhid S.Ələsgərov ailəli olub və 9 aylıq oğlu var.
S.Ələsgərov Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn ediləcək.