logo

Xəzər dənizində zəlzələ olub

18:43 15-02-2020 | icon 2128
Xəzər dənizində zəlzələ olub

Fevralın 15-də Xəzər dənizində maqnitudası 4.3 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:49-da qeydə alınıb.

Ocağı 62 kilometr dərinlikdə yerləşən zəlzələ sahilə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.