logo

Azərbaycanda əhalinin sayı 10 milyon 67 min 108 nəfərə çatıb

11:23 12-02-2020 | icon 2380
Azərbaycanda əhalinin sayı 10 milyon 67 min 108 nəfərə çatıb

Ötən il ölkə əhalisinin sayı 85 min 651 nəfər və ya 0,9 faiz artaraq 2020-ci il yanvar ayının 1-i vəziyyətinə 10 milyon 67 min 108 nəfərə çatıb.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Bu ilin əvvəlinə olan məlumata görə, ölkə əhalisinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,8 faizi Bakı şəhərində, 20,3 faizi Aran, 12,9 faizi Gəncə-Qazax, 9,4 faizi Lənkəran, 30,0 faizi isə digər iqtisadi rayonlarında yaşayır.

Ölkə üzrə əhalinin bir kvadratkilometrə düşən sayı 116 nəfərə bərabərdir. Həmin göstərici Bakı şəhərində (1072 nəfər), Lənkəran (156 nəfər), Abşeron (155 nəfər) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksəkdir.