Əlahiddə Çevik Polis Alayı və Abşeron rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Xırdalan şəhəri ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini E.Qurbanov saxlanılıb.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, E.Qurbanovdan çəkisi 2 kiloqram 275 qram heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.