logo

Kiçik Çillə fevralın 7-si axşamdan etibarən özünü göstərəcək

11:09 05-02-2020 | icon 2436
Kiçik Çillə fevralın 7-si axşamdan etibarən özünü göstərəcək

Bakıda  havanın temperaturu iqlim normasından 6 dərəcə yüksəkdir və yaxın 2 gün ərzində, fevralın 7-dək paytaxtımızda arabir güclənən cənub-qərb küləyi, yəni gilavar fonunda temperaturun 14-17 dərəcə isti olacağı gözlənilir. Mərkəzi Aran rayonlarında isə temperatur göstəricisi 20 dərəcəyədək yüksələ bilər.

 YeniAvropa xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva anomal isti keçən hava şəraitini şərh edərkən deyib.

“ Mülayim qış mövsümü tendensiyası artıq bir neçə ildir ki, müşahidə edilir. Lakin hazırkı qış mövsümündə bu proses nəinki Azərbaycanda, bir çox Avropa ölkələrində də qeydə alınır. Məsələn, Aralıq dənizi sahili ölkələrində havanın temperaturu 24-27 dərəcədir ki, bu əsl yaz havasıdır"-deyə Umayra Tağıyeva bildirib.

U.Tağıyeva qeyd edib ki, yaxın günlərdə Kiçik Çillə özünü göstərəcək. "Uzun surən anomal isti hava şəraiti bir neçə günlüyə də olsa respublika ərazisinə müdaxilə edəcək soyuq arktik havalarla əvəzlənəcək. Hava şəraiti kəskin dəyişəcək. Daha ətraflı desək, fevralın 7-si axşamdan başlayaraq Bakıda artıq güclənən şimal-qərb küləyinin hakim olacağı, fevralın 8-dən 10-dək küləyin maksimum sürətinin 30-35 metr/saniyəyə çatacağı proqnozlaşdırılır. Temperaturun xeyli düşməsi fonunda bu proses zamanı gözlənilən yağıntılar fevralın 9-da sulu qara, qara keçə bilər. Respublikanın, xüsusən də dağlıq və dağətəyi rayonların avtomobil yollarının buz bağlayacağı gözlənilir”, - deyə U.Tağıyeva qeyd edib.