logo

İsgəndər Həmidov komadadır

20:27 04-02-2020 | icon 2450
İsgəndər Həmidov komadadır

AXC hökumətində daxili işlər naziri olmuş İsgəndər Həmidov komaya düşüb.

 YeniAvropa xəbər verir ki, bu barədə sosial şəbəkədə tanınmış həkim Adil Qeybulla məlumat yayıb.

Adil Qeybulla bildirib ki, İ.Həmidovun müalicəsi hazırda Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində intensiv şəkildə davam etdirilir.

Onun sözlərinə görə, hazırda İsgəndər Həmidov komadadır, vəziyyəti çox ağırdır, süni ventilyasiya aparatına qoşulub:"Türkiyədəki müalicə həkimləri ilə sıx danışıqlar aparılır".