logo

Sabah Bakıda hava yağıntılı, 9° isti olacaq

13:27 01-02-2020 | icon 2436
Sabah Bakıda hava yağıntılı, 9° isti olacaq

Azərbaycanda fevralın 2-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə havanın yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 2-4°, gündüz 7-9° isti, Bakıda gecə 2-4°, gündüz 7-9° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 766 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində havanın yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Gündüz hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-4° isti, gündüz 7-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı bildirilir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, dağlıq ərazilərdə 8-10° şaxta, gündüz 3-7° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı ehtimal edilir.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-4°, gündüz 7-10° isti olacağı ehtimalı var.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gündüz hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-7° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı proqnozlaşdırılır.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-4° isti, gündüz 7-10° isti olacağı bildirilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi ehtimal edilir. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-4°, gündüz 5-8° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 0-5° isti olacaq.