Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yanvarın 19-u səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq ərazilərdə qar yağıb.
Departamentdən YeniAvropa-ya bildiriblər ki, düşən yağıntının miqdarı Lənkəranda 33, Lerikdə 14, Astarada 12, Yardımlıda 9, Ordubadda 3, Naxçıvan və Şahbuzda 2, Ağdərə (Ordubad), Sədərək, Qusar, Quba, Biləsuvarda 1, Bakıda və Abşeron yarımadasında 1-3 millimetr olub.
Qar örtüyünün hündürlüyü Lerikdə 55, Sarıbaşda (Qax) 39, Kişçayda (Şəki) 14, Ordubadda 10, Yardımlı, Xınalıq, Altıağacda 8, Xaltan, Qrızda 7, Şahbuzda 5, Naxçıvanda 4, Şahdağda 3, Şərur və Şahbuzda 2, Gədəbəy, Şəki, Qubada 1 santimetr təşkil edib.
Havanın minimal temperaturu dağlıq rayonlarda 5-7°, yüksək dağlıq rayonlarda 11-14° şaxta olub.