logo

Ötən il Bakıda 11 min 176 cinayət hadisəsi qeydə alınıb

13:29 17-01-2020 | icon 2184
Ötən il Bakıda 11 min 176 cinayət hadisəsi qeydə alınıb

2019-cu ildə paytaxtda 11 min 176 cinayət hadisəsi qeydə alınıb.

YeniAvropa xəbər verir  ki, bunu yanvarın 17-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə Bakı şəhər Baş Polis İdarəsində 2019-cu ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsində İdarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov deyib.

M.Seyidov bildirilib ki, qeydə alınmış cinayətlərin 88,6 faizi аz аğır, 11,4 faizi isə аğır və хüsusilə аğır növlər оlub. Hesabat dövründə 2018-ci illə müqayisədə ümumi cinayətlər 5,4, аğır və хüsusilə аğır cinayətlər 2,3, az ağır cinayətlər 5,4, böyük ictimai təhlükə törətməyən cinayətlər 6,6, adam öldürməyə cəhdlər 18,8, dələduzluq 33,9, soyğunçuluq 3,7, quldurluq 3,9, hədə-qorxu ilə tələb etmə 28,9 faiz azalıb.