Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Salmanov Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onda heroin aşkarlanaraq götürülüb.
Davam etdirilən tədbirlərlə A.Salmanovun narkotik vasitəni Bakıxanov qəsəbə sakini, əvvəllər məhkum olunmuş N.Rzayevadan alması müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri ilə həmin şəxsin evindən 1 kiloqram 256 qram heroin aşkarlanıb.
Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dağkəsəmən kənd sakini, əvvəllər məhkum olunmuş X.Böyükkişiyevin evindən 480 qram marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.