logo

Yanvarın 18-də bəzi bölgələrdə hava yağıntılı olacaq

12:34 17-01-2020 | icon 5593
Yanvarın 18-də bəzi bölgələrdə hava yağıntılı olacaq

Ölkə ərazisində yanvarın 18-nə gözlənilən hava proqnozu açıqlanıb.

YeniAvropa-ya bildirilib ki,Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, duman olacağı gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-4°, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 764 millimetr civə sütunundan 769 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi yerlərdə havanın yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Arabir duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı bildirilir.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, yanvarın 18-də Abşeron yarımadasında xəzri küləyinin güclənəcəyi gözlənilir.