logo

İlisuda qarın qalınlığı 20 sm-ə çatır

12:29 16-01-2020 | icon 2142
İlisuda qarın qalınlığı 20 sm-ə çatır

Yanvarın 16-sı gecə saatlarından başlayaraq Azərbaycanın şimal-qərb bölgəsinin dağlıq ərazilərinə qar yağır. Havanın temperaturu xeyli aşağı düşüb.

 YeniAvropa xəbər verir  ki, RİH-dən verilən məlumatda qeyd edilib ki,Qax rayonunun dağlıq ərazilərinə daha çox qar yağıb. Hazırda İlisu kəndində qarın qalınlığı 20 santimetrədək təşkil edir. Yağan qar sakinlər üçün heç bir problem yaratmayıb. Kəndin elektrik enerjisi və təbii qazla təchizatı normal qaydada davam edir.

Havaların qeyri-sabit, qarlı keçməsi ilə əlaqədar Qax rayonunun yol təsərrüfatının işçiləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. İlisu-Sarıbaş kəndləri istiqamətində nəqliyyatın fasiləsiz hərəkətinin təmin olunması üçün Avtomobil Yolları Dövlət Agentliyinin 13 nömrəli “Yol İstismar” MMC tərəfindən lazımi tədbirlər görülüb. Avtomobil yolları qardan təmizlənib, yollara duz-qum qarışığı səpilib. Görülmüş tədbirlər nəticəsində Qax-İlisu avtomobil yolunda, eləcə də kənddaxili yollarda nəqliyyatın hərəkətində heç bir çətinlik yaranmayıb.