20 Yanvar faciəsi qurbanları anılıb
Yanvarın 15-də Gəncliyə Yardım Fondunun və “20 Yanvar” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar anım mərasimi keçirilib.
YeniAvropa xəbər verir ki, tədbir çərçivəsində Gəncliyə Yardım Fondu tərəfindən yenidən nəşr edilən, Rafiq Səməndərin “Şəhidlər” kitabı qonaqlara təqdim olunub.
Əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib. Sonra 20 Yanvar faciəsinə dair videoçarx nümayiş etdirilib.
Gəncliyə Yardım Fondunun prezidenti Əhməd Tecim mərasimdə çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan xalqının milli azadlıq ruhunun sarsıdılmasına yönəlmiş terror aktı olduğunu bildirib. Qeyd edib ki, bütün bu vəhşiliyə, qanlı qırğına baxmayaraq, Azərbaycan xalqı şəhidlərinin qanları bahasına öz arzusuna - müstəqilliyə qovuşdu. Əhməd Tecim deyib ki, Gəncliyə Yardım Fondu və “20 Yanvar” İctimai Birliyi faciə qurbanlarının ailələri ilə daim görüşür, onlara yardımlar göstərir. İlk dəfə 1994-cü ildə baş tutan bu təşəbbüs artıq ənənəyə çevrilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov 20 Yanvar faciəsinin xalqımızın əyilməz ruhunu qıra bilmədiyini söyləyib, Azərbaycan dövlətinin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirilib ki, şəhidlərin qanı bahasına qazanılmış müstəqilliyimiz bu gün daha da möhkəmlənir, ölkəmizin iqtisadi və hərbi qüdrəti ilbəil artır. Ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasət nəticəsində şəhid ailələrinin, əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilir, onların qayğıları daim diqqətdə saxlanılır.
“20 Yanvar xalqımızın həyatında hüzn və qəhrəmanlıq günüdür”, - deyən Milli Məclisin deputatı Musa Qasımlı həmin hadisələr nəticəsində sovet imperiyasının dayaqlarının sarsıldığını, kommunist rejiminin süqutunun başladığını vurğulayıb. Qeyd edib ki, 1990-cı ilin yanvarında Bakıda baş verən hadisələr ədalətsizliyə dözməyən xalqın mətanət və iradəsinin nümayişinə çevrilib.
“Şəhidlər” kitabının müəllifi Rafiq Səməndər 20 Yanvarın Azərbaycan tarixində qəhrəmanlıq salnaməsi olduğunu bildirib, gənclərin tariximizi dərindən öyrənmələrinin vacibliyini diqqətə çatdırıb. R.Səməndər bu qanlı faciənin tariximizdə ən böyük vətənpərvərlik nümunəsi olduğunu, şəhidlərimizin göstərdikləri qəhrəmanlığın hər zaman xatırlanacağını qeyd edib.
20 Yanvar Cəmiyyətinin sədri Sultan Əzimzadə qanlı şənbə gecəsində şəhid olanların və yaralananların ailəsinə göstərilən diqqət və qayğıya, böyük ehtirama və yüksək dəyərə görə minnətdarlıq edib.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib ki, 20 Yanvar faciəsi Azərbaycanın müstəqillik tarixində əhəmiyyətli dönüş yaradıb, milli azadlıq mübarizəsinin ən mühüm mərhələsini təşkil edib. Bu faciəyə hüquqi-siyasi qiymətin verilməsi, onun dünyada tanıdılması məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Prezident İlham Əliyev də 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ən yüksək hörmət və ehtiram göstərir.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər Cavadlı, Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova çıxışlarında bildiriblər ki, şəhidlərimiz öz canlarını qurban verərək Azərbaycan xalqının istiqlaliyyətə gedən yolunun bələdçiləri oldular.
Şəhid ailələrinin üzvləri çıxışlarında faciə qurbanlarının xatirəsinə göstərilən ehtirama görə minnətdarlıqlarını bildiriblər.
Sonda 20 Yanvar şəhidlərinin ailə üzvlərinə yardım göstərilib.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb