logo

Sürüşmə sahəsində kiçik torpaq uçqunları baş verir

16:27 13-01-2020 | icon 2464
Sürüşmə sahəsində kiçik torpaq uçqunları baş verir

Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə sahəsində vəziyyət stabil gərgin olaraq qalır. Proses tam başa çatmayıb. Lakin yanvarın 9-dan bu günə kimi ciddi dəyişiklik qeydə alınmayıb.

 YeniAvropa xəbər verir  ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.

“Sürüşmə sahəsində asılı vəziyyətdə qalmış torpaq kütlələrinin üzərində xırda uçqunlar baş verir. Bu da təbii prosesdir. Bu gün səhər mütəxəssislərimiz orada araşdırmalar aparıblar. Sürüşmə kütləsi üzərində ciddi dəyişiklik yoxdur. Proses tam başa çatmadığından monitorinqlər davam etdirilir”, - deyə ekspedisiya rəisi diqqətə çatdırıb.