logo

Paytaxtda soyğunçuluqla məşğul olan şəxslər tutulublar

16:08 13-01-2020 | icon 2254
Paytaxtda soyğunçuluqla məşğul olan şəxslər tutulublar

Paytaxtda soyğunçuluqla məşğul olan şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya  bildiriblər ki, Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinə müraciət edən Əmircan qəsəbə sakini A.Salahov yanvarın 7-də saat 18 radələrində qəsəbə ərazisində iki nəfərin ona zor tətbiq edərək mobil telefonunu aldığını deyib. Soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Cəfərov və Quba rayon sakini İ.Gülməmmədov əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanıblar.

Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə müraciət edən Bakı şəhər sakini D.Nəsirov isə yanvarın 12-də saat 9 radələrində Cavadxan küçəsi ev 28-in qarşısında 1 nəfərin ona zor tətbiq edərək mobil telefonunu aldığını bildirib.

Soyğunçuluğu törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məmmədov keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək yaxalanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.