Abşeron rayonunda və Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Abşeron rayonunun Digah qəsəbəsi ərazisində yolu keçən sakin Murad Rüstəmov Bakı şəhər sakini E.Ağababayevin idarə etdiyi “VAZ-21214” markalı avtomobillə vurulub. Xəstəxanaya yerləşdirilmiş piyadanın həyatını xilas etmək mümkün olmayıb.
Sumqayıt şəhəri ərazisində isə yolu keçən şəhər sakini Elman İsgəndərov Şabran rayon sakini Z.Nadirovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisələrlə bağlı araşdırma aparılır.