Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal bölgəsində hava şəraiti dəyişib.
YeniAvropa xəbər verir ki, bölgənin bəzi yaşayış məntəqələrinə qar yağıb. Qubanın Xınalıq və Qrız kəndlərində qarın hündürlüyü 5 sm, Qusarın Ləzə kəndində isə 8 sm-ə çatıb.
Ən aşağı temperatur isə Qubanın Qrız kəndində qeydə alınıb. Burda temperatur -12°-dək enib.