Yanvarın 10-da axşam saatlarında Xətai rayonu S.Mehmandarov küçəsində iki sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
YeniAvropa xəbər verir ki, “Çinar Trans” MMC-nin müvəqqəti istismarında olan 81 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobusu “Vətən Az” MMC-nin müvəqqəti istismarında olan 36 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobusu ilə toqquşub. Hadisə ilə bağlı izahatın alınması üçün hər iki daşıyıcı Bakı Nəqliyyat Agentliyinə çağırılıb.
Hər iki daşıyıcıya qeyd edilən marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyətinin qənaətbəxş olmaması ilə bağlı dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilib.