Yanğının kəşfiyyatı zamanı tüstüdən boğulmuş 3 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.
Mənzil yanğından mühafizə olunub.
Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.
Yanğın zamanı ölən şəxslərin kimliyi də müəyyənləşib.Onlar Qərbi Kaspi Universitetinin şri-lankalı tələbələri - 1997-ci il təvəllüdlü Tarukki Amaya, 1995-ci il təvəllüdlü Tausi Jayavodi və 1999-cu il təvəllüdlü Malişi Tayuki olublar.
Tələbə qızlar iki ay imiş ki, həmin mənzildə məskunlaşıblarmış. Yanğını ilk olaraq qonşulardan biri görüb və həmin şəxs tələbə qızların qaldığı pəncərəni sındıraraq onlara kömək etmək istəyib. Ancaq artıq gec olub, qızlar yatmış vəziyyətdə zəhərlənərək ölüblər.