Gəncədə piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
YeniAvropa xəbər verir ki, hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu keçmək istəyən piyada - 70 yaşlı Hicran Babayevanı vurub. Sürücü qadını xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.