logo

Badamdarda sürüşmə davam edir

17:55 09-01-2020 | icon 2324
Badamdarda sürüşmə davam edir

Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə sahəsində aktivlik davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov  YeniAvropa -ya bildirib ki, ilkin araşdırmaların nəticələrinə görə, sürüşmənin məişət sularının torpağa axıdılması və atmosfer çöküntülərinin təsiri nəticəsində torpaq kütləsinin ağırlaşması səbəbindən baş verdiyi ehtimal olunur. Araşdırma və müşahidələr davam etdirilir.