Yanvarın 8-də saat 21 radələrində Şabran rayon sakini R.İsmiyev Suraxanı rayonunun Bülbülə qəsəbəsində kirayədə yaşadığı evdə münaqişə zəminində onunla birgə yaşayan bibisi oğlu Cavid Muxtarova bıçaqla xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, C.Muxtarov xəstəxanaya aparılarkən yolda ölüb. Qəsdən adam öldürməkdə şübhəli bilinən Şabran rayon sakini R.İsmiyev rayonun polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.