Yanvarın 10-dan 11-nə keçən gecə ilin ilk Ay tutulması baş verəcək və yarımkölgəli olduğundan adi gözlə görmək çətin olacaq.
YeniAvropa xəbər verir ki, bu barədə AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib.Qeyd edilib ki, təbiət hadisəsi Bakı vaxtı ilə saat 21:08-də başlayacaq və saat 01:12-də sona çatacaq. Tutulma maksimum olaraq saat 23:11-də baş verəcək və Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq.
Tutulmanın maksimum fazasında Ay adi bədirlənmiş (dolu) aydan bir az tünd görünəcək. Ay tutulması Azərbaycanda da müşahidə olunacaq.