Xalq artisti, tanınmış şoumen Murad Dadaşov "Xəzər TV"nin rəhbəri təyin edilib.
YeniAvropa xəbər verir ki, bu barədə "BakuPost" məlumat yayıb.
Məlumatda xatırladılır ki, prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənli bu gün "Xəzər TV"nin direktoru vəzifəsindən azad edilib.
Şamxal Həsənli bu gün kollektivlə vidalaşıb.