logo

Paytaxt sakinindən 2 kq-dək heroin götürülüb

18:15 06-01-2020 | icon 2254
Paytaxt sakinindən 2 kq-dək heroin götürülüb

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini H.Bilalov Binəqədi rayon Polis İdarəsinin 43-cü polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya  bildiriblər ki, şəxsi axtarış zamanı ondan heroin götürülüb. Davam etdirilən tədbirlərlə onun Binəqədi qəsəbəsi ərazisindəki yarımtikilidə gizlətdiyi 1 kiloqram 510 qram heroin də aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.