logo

Avtomobildə yaranan nasazlığı YPX əməkdaşları aradan qaldırdı

16:11 06-01-2020 | icon 5222
Avtomobildə yaranan nasazlığı YPX əməkdaşları aradan qaldırdı

Dünən Babək prospektində yol patrul xidməti (YPX) əməkdaşlarının daha bir nümunəvi hərəkəti oxucumuzun obyektivinə tuş gəlib.

YeniAvropa xəbər verir  ki,  10 OJ 651 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil Babək prospektində hərəkətdə olan zaman anidən elektrik sistemində baş verən nasazlıq səbəbindən yolun hərəkət istiqamətində ("Arzu" şadlıq sarayı ilə üzbəüz) dayanmağa məcbur olub . Bu zaman YPX əməkdaşları həmin vətəndaşa yaxınlaşaraq məsələ ilə bağlı məlumat alıblar. Daha sonra maşının enerji mənbəyində problem olduğunu bilən YPX əməkdaşları sürücüyə, yaranan nasazlığı aradan qaldırmaqda köməklik göstəriblər.

Müxbirimizin əldə etdiyi məlumatlara görə 99 YP 279 dövlət qeydiyyat nişanlı xidməti avtomobildə xidmət aparan, Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları polis baş serjantı Məmmədzadə Fərid Oqtay oğlu və Hüseynov Vüsal Aydın oğlu olublar.

Öz növbəsində yolda qalan avtomobilin sürücüsü Mohammad Baktash Fazili redaksiyamızıa zəng edərək, hadisə ilə bağlı fikirlərini bölüşüb: “Mən eşitmişdim ki, YPX əməkdaşları yolda qalan sürücülərə kömək edirlər,  amma heç qarşılaşmamışdım. Dünən qarşılaşdım və gördüm ki, doğurdan da polis əməkdaşları vətəndaşa köməklik göstərirlər. Belə polislerimizin olması bizləri sevindirir.”

Biz də YeniAvropa.az olaraq bu kimi halları işıqlandıb ictimailəşdirərək, qanun keşikçiləri ilə vətəndaşlar arasında belə həmrəy, isti əlaqələr olması hallarının daha da artmasını arzu edirik.