Yanvarın 5-də saat 1 radələrində İmişli rayonunun Qaralar kəndi ərazisində yolu keçən Yalavac kənd sakini M.Orucov naməlum avtomobillə vurulub. Xəsarət almış piyada xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Yalavac kənd sakini V.Mustafayev İmişli rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.