Həştərxan hava limanında güclü duman ilə əlaqədar olaraq “Buta Airways”in J2-9235 nömrəli reysində hava gəmisinin kapitanı Bakı hava limanına qayıtmaq qərarı verib.
YeniAvropa xəbər verir ki, bu barədə aviaşirkətdən bildirilib.Qeyd edilib ki, yerli vaxtla 10:50-də təyyarə Bakı aeroportunda uğurlu eniş həyata keçirib. Hava şəraitinin yaxşılaşmasından sonra heyətin Həştərxana yola düşəcəyi gözlənilir.