2020-ci ildə Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda Nizami Gəncəvi adına parkın açılması və orada dahi mütəfəkkirin heykəlinin ucaldılması nəzərdə tutulur.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfirliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, artıq bununla bağlı sənədləşmə işləri yekunlaşmaq üzrədir. Park şəhərin mərkəzi hissələrində yerləşəcək. Bundan başqa cari il ərzində Ukraynada Azərbaycan Mədəniyyət günləri də keçiriləcək.
Qeyd edək ki, son iki ildə Ukraynada Müslüm Maqomayev və Nəsiminin heykəlləri ucaldılıb.