Sosial şəbəkələrdə narkotik vasitələr satan şəxslər saxlanılıb
Sosial şəbəkələrdə narkotik vasitələr satan şəxslər Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd edilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib. Belə ki, Baş İdarəyə iki nəfərin sosial şəbəkələr vasitəsilə narkotik vasitələrin satışını həyata keçirməsi barədə əməliyyat məlumatı daxil olub. Baş İdarənin əməkdaşlarının paytaxtın Nizami rayonunda keçirdikləri əməliyyat tədbiri zamanı həmin şəxslər - əvvəllər məhkum olunmuş Lənkəran şəhər sakinləri Hüseyn Dadaşov və Ziya Qasımzadə tutulublar. Onların üzərində şəxsi aparılan zaman külli miqdarda - 47,691 qram heroin və 40,063 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər istintaqa şəxsiyyəti məlum olmayan Mehdi adlı İran vətəndaşı ilə əlaqə saxlayaraq ondan narkotik vasitə və psixotrop maddələr əldə ediblər. Daha sonra H.Dadaşov və Z.Qasımzadə narkotik vasitələrin sosial şəbəkələrdə satışını həyata keçiriblər. Həmin şəxslər narkotik vasitələri paytaxtın müxtəlif yerlərinə qoyaraq həmin ünvanın şəklini çəkib onlardan heroin və ya metamfetamin alan şəxslərə göndəriblər.
Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat tədbirləri davam etdirilir.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb