Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
YeniAvropa xəbər verir ki, hadisə yanvarın 4-də axşam saatlarında Sabirabad rayon mərkəzində baş verib.
“VAZ 21015” markalı avtomobil yolu keçmək istəyən 1983-cü il təvəllüdlü Vəliyev Müşviq Tarverdi oğlunu vurub. Rayonun Kürkənd kəndinin sakini olan Müşviq Vəliyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.