logo

Bakıda daha bir nəfər viskidən öldü

23:11 04-01-2020 | icon 2303
Bakıda daha bir nəfər viskidən öldü

Bakıda ölüm hadisəsi baş verib.

YeniAvropa xəbər verir  ki, hadisə 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzində qeydə alınıb. Dekabrın 29-da Nizami rayon sakini, 1981-ci il təvəllüdlü Bünyatov Pərviz Şiraslan oğlu zəhərlənmə diaqnozu ilə KTM-nin Taksikologiya Şöbəsinə yerləşdirilib.Həkimlərin səyinə baxmayaraq, P. Bünyatovun həyatı xilas etmək mümkün olmayıb.

O, bu gün günorta saatlarında xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, P. Bünyadov restoranların birində viski içdikdən sonra halı pisləşib və xəstəxanaya aparılıb.

Xatırladaq ki, ötən həftə  Bakıda daha 4 nəfər texniki spirtdən hazırlanmış viskidən zəhərlənmə diaqnozu ilə paytaxt xəstəxanalaraına yerləşdirilib. Onlardan 3-ü ölüb. 1-i isə kor olub.