Sumqayıtda “Nəqliyyat” MMC-nin rəhbəri yoxa çıxıb.
YeniAvropa xəbər verir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı yanında “Nəqliyyat” MMC-nin rəisi Xannı Rüstəmovdan bir müddətdir xəbər yoxdur.
Onun rəhbəri olduğu MMC-də səlahiyyətlərindən sui istifadə edərək, külli miqdarda vəsaiti ələ keçirdiyi bildirilir. Aparılan araşdırma zamanı məlum olub ki, X.Rüstəmov şəhər ərazisində fəaliyyət göstərən marşrut xəttlərində hər bir nəqliyyat vasitəsindən qanunsuz olaraq vergi toplayıb. Gündəlik sürücülərdən toplanan plan X.Rüstəmovun öz qaydalarına görə yığılıb. Bu proses onun fəaliyyəti dövründə, yəni bir neçə il davam edib. X.Rüstəmov topladığı pullarla aradan çıxıb.
Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında "Nəqliyyat" MMC-dən bildirilib bildirilib ki, X.Rüstəmov işində verdiyi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılıb. Hazırda bununla bağlı araşdırma aparılır.