Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
YeniAvropa xəbər verir ki, bu barədə ,hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, 99-GH-604 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil yolun kənarında dayanmış 99-EK-013 dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobilə çırpılıb. Nəticədə həmin vaxt “Opel”in arxa tərəfində dayanmış sürücü aldığı xəsarətdən ölüb.
Faktla bağlı araşdırma aparılır.